Noyabr 27, 2021

Qorxulu ssenari: Pəşmərgə Kərkükə geri qayıdır

Barzaninin əmrindəki Pəşmərgə silahlıları Kərkük şəhərinə geri qayıdır.

Turaz.org xəbər verir ki, İraq mərkəzi höküməti ilə Kürd Muxtariyyəti arasında əldə olunan razılağa görə, Barzaniyə bağlı Pəşmərgə silahlıları Kərkük şəhərinin təhlükəsizliyinə nəzarət edəcək.

Kərkük şəhəri tarixən Azərbaycanın bir parçası olmuş və bu şəhər eradan əvvəl 22-ci əsrdə Azərbaycan Quti dövlətinin paytaxtı olmuşdur. Kərkük ABŞ-ın İraqı işğal etməsinə qədər azərbaycanlıların (türkmanların) kompakt halda yaşadıqları əsas şəhərlərdən biri olmuşdur. ABŞ işğalından sonra şəhərin ndemoqrafiyası planlı şəkildə dəyişdirilmişdir. İşğaldan sonra yüz minlərlə kürd planlı şəkildə şəhərdə yerləşdirilmişdir.

Qeyd edək ki, razılıq 25 noyabr tarixində qüvvəyə minəcək. Pəşmərgə silahlıları şəhərdə yaşayan soydaşlarımıza 2014-2017-ci illər tarixində müxtəlif zorakılıqlar tədbiq etmişdir.

Translate »