Oktyabr 3, 2022

Qubada yanğından zərər çəkən iki ailə üçün yeni evlər tikilir

Quba rayonunun Qarxun kəndində bu ilin fevral ayında baş verən yanğın zamanı evləri tamamilə yanan iki ailə üçün yeni mənzillərin tikintisinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qarxun kəndində yanan evlərdən biri şəhid atası 75 yaşlı Rafiq Bayramova məxsusdur. Onun oğlu Famil Bayramov 1994-cü ildə Tərtər uğurunda gedən döyüşlərdə şəhid olub.
Rafiq Bayramov qeyd edib ki, yanğın nəticəsində evləri əşyaları ilə birlikdə tamamilə yandığından yaşamaq üçün yerləri olmayıb. Ailə müvafiq dövlət qurumları tərəfindən müvəqqəti sığınacaqla təmin olunub. Hazırda isə zərərçəkmiş üçün öz istəyi nəzərə alınmaqla rayonun İqrik kəndində 3 otaqlı yeni ev tikilir.
Yanğından zərər çəkən Rəhimovlar ailəsi aztəminatlıdır. Pakizə Rəhimovanın həyat yoldaşı avtomobil qəzasında dünyasını dəyişdikdən sonra himayəsində 3 övladı qalıb. Rəhimovlar ailəsi üçün yeni ev Qubanın Zərdabi qəsəbəsində inşa olunur.
Rük İnzibati Ərazi dairəsi üzrə nümayəndənin müavini Rafiq İskəndərov bildirib ki, sahəsi 110 kvadratmetr olan birmərtəbəli evlərin inşası bu ilin sonuna kimi başa çatdırılacaq.

Müxbir: turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:azertag.az
Həmçinin bax:https://www.bbc.com/azeri/azerbaijan-53835705

https://kafkazh.com/azerbaycan-xalq-cumhuriyyeti-2/

Translate »