Oktyabr 23, 2021

Qurbanov nəticədən məmnundur, Zekiç Qarayevi təriflədi

“Qarabağ” UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın “Şerif” komandasını 2:1 hesabı ilə məğlub edib. Oyundan sonra mətbuat konfransı keçirilib. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib: “Qalib gəldik, futbolçuları təbrik edirəm. Son 8 gündə 2-ci oyunumuz idi. Amma sonadək mübarizə apara bildik. Bizim üçün vacib oyun idi. Sönük matç kimi görünsə də, qol epizodlarımız çox oldu. İstifadə edə bilmədiyimiz üçün bir az əsəbilik var idi. İstənilən halda, növbəti mərhələyə vəsiqə qazandıq və ən azı, Avropa Liqasının pley-offunu təmin etdik”.
“Şerif” komandasının baş məşqçisi Zoran Zekiç “Qarabağ”ı təbrik edərək qarşıdakı oyunlarda uğurlar arzulayıb:“Qarabağ”ı təbrik edirəm. Onların qrupa düşməsini arzulayıram. İlk hissənin əvvəlində bərabər oyun gedirdi. Penalti epizodundan sonra üstünlük rəqibin tərəfinə keçdi. “Qarabağ” meydanda daha yaxşı olan tərəf idi. Qara Qarayev meydanın mərkəzində çox fəaldır. Topları yaxşı qəbul edir və hücuma qoşulur. O, nəinki “Qarabağ”ın, hətta Azərbaycanın ən yaxşı futbolçusudur”.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Növbəti mərhələnin püşkü avqustun 31-də atılacaq.

Müxbir:turaz.org xüsusi müxbir Aytac Cəfərova
Mənbə:idmantv.az
Həmçinin bax: https://kafkazh.com/butov-azerbaycan-mubarizesi/

https://azertag.az/xeber/Yarim_ilde_36_depozit_herraci_kechirilib-1570333

Translate »