Oktyabr 22, 2021

Qüzey Kıbrısın yeni Prezidenti məlum olub

Qüzey Kıbrıs Türk Respublikasında keçirilən prezident seçkilərində baş nazir, Milli Birlik Partiyasının namizədi Ərsin Tatar qalib olub.

Turaz.org xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Onun seçkidə təxminən 52 faiz səs topladığı bildirilib.

Qeyd edək ki, sentyabrın 11-də keçirilən seçkidə Tatar 32.34, hazırkı Prezident Mustafa Akıncı isə 29.80 faiz səs toplamışdı. Tərəflərdən heç biri 50 faizlik baryeri keçə bilmədikləri üçün bu gün ikinci tur keçirildi.

Translate »