Fevral 3, 2023

Rəngli oyuncaqlar, müxtəlif ölçüdə şam ağacları: Yeni il hazırlığı nə qədər büdcə tələb edir?

Yeni ilin həftəsinə bir neçə həftə qalsa da, noyabr ayından etibarən paytaxtda bayram ab-havası hökm sürməyə başlayıb. Şəhərdəki bu ahəngi evdə yaşamaq üçün isə metrostansiyaların çıxışında açılan yarmarkalara üz tuta bilərsiniz. Maraqlıdır, bir ailə yeni ildə evini bəzəmək üçün nə qədər büdcə ayırmalıdır?

Turaz.org yarmarkadakı qiymətlərlə tanış olub.

İlk olaraq deyək ki, market və digər mağazalardan fərqli olaraq bu bayram çadırlarında qiymətlər qismən aşağıdır.

Bu çadırlarda qar kürələri, şam ağacı, şam ağacı dekorları, şarlar, oyuncaqlar, rəngli işıqlar – bütün bəzək əşyalarını tapa bilərsiniz.

Satıcıların sözlərinə görə, iki həftəyə yaxındır açılan yarmarkaya alıcı marağı yüksəkdir. Deyirlər ki, bir çoxları bu çadırlardan əliboş ayrılmırlar.

Vaxt itirmədən qiymətləri öyrənməyə başladıq. Çadırlarda müxtəlif ölçü və dizaynda şam ağacları var. Orta ölçülü şam ağacının qiyməti 40 manatdan başlayır. Əgər qarlı, qismən böyük şam ağacı almaq istəyirsinizsə, 160 manat ayırmalısınız.


Qar kürələrinin qiyməti isə 5 manatdan 35 manatadək dəyişir. Yeni ilin olmazsa olmazı olan rəngli işıqların qiyməti 3 manatdan 25 manatadək yüksəlir. Şam ağacı ölçüsünə görə isə oyuncaqları 1 manatdan 12 manatdək oyuncaqlar tapa bilərsiniz.
Şaxta baba, qar qız fiqurlarında qiymətlər 10-85 manat arasında dəyişir.


Yarmarkada yeni il süfrənizi bəzəmək üçün qablar və dekorlar da əldə edə bilərsiniz. Altlı set şəklində satılan boşqabların qiyməti 8 manatdan başlayır.

Satıcılar deyir ki, məhsullardakı qiymət fərqi istehsalçı ölkə ilə də əlaqədardır.

Alıcıların sözlərinə görə, yarmarkadakı qiymətlər sərfəlidir. Müşahidəmizə görə yüksə təlabət şam ağacı oyuncaqları və rəngli işıqlara idi.

Onu da deyək ki, ötən illə müqayisədə bu il qiymət artımı hiss olunurdu.

Kiçik hesablama apardığımız zaman belə qənaətə gəldik ki, orta büdcəli ailə bayram ab-havasını evində yaşamaq üçün azı 100-150 manatından keçməlidir.
Qeyd edək ki, metrostansiyaların yaxınlığında qurulan çadırlar bayram günləri bitənədək fəaliyyət göstərəcək.
Yeni ilin xalqımız üçün uğur gətirməsi diləyi ilə!

ARAŞDIRMAÇI: “Turaz.org” Təhlil Komandası- Ağayeva

Translate »