İyun 11, 2023

Rayonlardakı işsizliyi aradan qaldırmaq üçün bəs hansı addımlar atıla bilər?- AÇIQLAMA

Bakıda son zamanlar artan tıxaclardan yəqinki, hər kəsin xəbəri var. Bəs bu tıxacların əsas səbələri nələrdir? Rayonlarda yaranan işsizlik problemi Bakıda olan sıxlığa səbəb olur. Rayonlardakı işsizliyi aradan qaldırmaq üçün bəs hansı addımlar atıla bilər? Bu barədə millət vəkili Ceyhun Məmmədov məsələ ilə bağlı Turaz.org-a açqılama verib.
Onun sözlərinə görə, rayonlarda olan işsizliyə səbəbi ilə əhali Bakıya axışır:

“Bəli, bu gün Bakıda yaranan tıxaclar artıq ciddi bir problem kimi özünü göstərir. Bunun da bir çox səbəbləri var. Problemlərdən biri də rayonnlardan insanların Bakıya kütləvi axışıdır. Hesab edirəm bunun üçün regionlarda yeni iş yerləri yaradılmalıdır. Zavod və fabriklər fəaliyyət göstərməlidir. Dəfələrlə Prezident İlham Əliyev rayonlara səfərdə olarkən bu barədə icra hakimlərinə öz tövsiyələrini vermişdir. Bu gün insanların mütləq əksəriyyəti iş tapmaq üçün Bakıya yollanır. İş yerlərinin açılması bölgədən bölgəyə dəyişə bilər. Bəzi yerlərdə turizmin inkişafına önəm verilməlidir. Belə iş yerləri açılmalıdır ki, insnaların Bakıya axışının qarışısı alınsın. Bu mövzuda hesab edirəm ki, vətəndaşların özlərindən də asılı olan məsələlər var. Son zamanlar insanlar daha çox şəhərə meyl edirlər. Bölgələrdə kənd təəssərüfatı və ya digər işlərlə məşğul olmaq istəmirlər. O baxımından, yeni iş yerlərinin yaradılması önəmlidir. Biznes kreditlərinin verilməsi, onların faizlərinin aşağı salınması çox önəmli məsələlərdəndir. Hesab edirəm burda maarifləndirmə və təbliğat işləri də önəmlidir ki, bizim vətəndaşlarımız bu məsələləri bilsinlər. Burda eyni zamanda biz müxtəlif formalarda bölgələrdə yaşayan insanlara dövlətin dəstəyini və qayğısını hiss etdirməliyik. Buradaq yerli icra hakimiyyətlərinin üzərinə böyük məsuliyyət düşür”.

 

Araşdırmaçı: Turaz.org Təhlil komandası – Firuzə Məlikzadə

Translate »