Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ilə Ankarada rəsmi səfərdə olan Polşa prezidenti Ancey Duda arasında görüş olub. Rəsmi sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransı keçirilib.
Turaz.org AA-ya istinadən xəbər verir ki, Türkiyə lideri Polşaya “Bayraktar TB2” hərbi dronların ixracından bəhs edərək bildirib: “Türkiyə tarixində ilk dəfədir ki, NATO və Avropa İttifaqına üzv ölkəyə pilotsuz uçuş aparatı ixrac etməkdədir”.
Həmçinin NATO-nun Təkmilləşdirilmiş Hava Polisliyi Missiyası çərçivəsində Türkiyə Hava Qüvvələrinə məxsus F-16 təyyarələrinin yaxın vaxtda Polşaya göndəriləcəyini qeyd edən Ərdoğan vurğulayıb:
“NATO-nun Türkiyəyə uyğun etimad tədbirləri çərçivəsində Polşa tərəfindən İncirlik bazamıza dəniz keşik təyyarəsi və hərbi heyət göndərilməsini məmnuniyyətlə qarşılayırıq”.
Həmçinin bax:https://turaz.org/abs-prezidenti-azerbaycana-tesekkur-edib/
Həmçinin bax:https://turaz.org/marifov-osa-sefer-edib/
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib