Fevral 7, 2023

Rekord sayda yoluxma! Korona virusa yoluxanların sayı 1000-i keçdi

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 015 yeni yoluxma faktı qeydə alınıb, 483 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 9 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkədə 53 min 152 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 42 min 516 nəfər müalicə olunaraq sağalıb, 708 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 636 nəfərdir.

Translate »