May 17, 2022

Rəsmi Kiyev: “Rusiya azərbaycanlıları Krıma deportasiya etmək istəyir”

“Xersonda Rusiya işğalçıları azərbaycanlıları və Axısqa türklərini zorla deportasiya etməyə hazırlaşır. Onları Krıma köçürmək niyyətindədirlər”.

Turaz.org xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk brifinqdə söyləyib.

“Əldə olan məlumata görə, işğalçılar nümayiş aksiyası planlaşdırıblar. Onlar Xersondan etnik erməniləri, azərbaycanlıları və Axısqa türklərini zorla Ukraynanın işğal olunmuş Krım yarımadasına sürgün etməyə hazırlaşırlar”.

Kiyev rəsmisinin sözlərinə görə, bu addımlar cinayətdir.

Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: turaz.org/zelenski-rusiya-ordusunun-16-minden-cox-herbcisi-olub
Həmçinin bax: kafkazh.com/osman-nesir-nil-ve-roma

Translate »