Oktyabr 5, 2022

Rəsmi Tbilisi hələ Aleksandr Lukaşenkonu təbrik etməyib.!

“Lukaşenko ilə”Gürcüstan Belarusda prezident seçkilərinin ilk rəsmi nəticələri elan olunduqdan bir həftədən də çox vaxt keçib, rəsmi Tbilisi isə hələ Aleksandr Lukaşenkonu təbrik etməyib.

Eyni zamanda, səsvermənin nəticələri Gürcüstanda hakimiyyətlə müxalifət arasında mübahisəyə səbəb olub. Sabiq Gürcüstan Prezidenti Mixail Saakaşvili Belarusda hakimiyyət dəyişikliyinin tərəfdarı olduğuna işarə edib, onun Vahid Milli Hərəkat Partiyası isə Gürcüstan hökumətini “Vladimir Putinin sifarişi ilə Belarus diktatorunu məxfi olaraq dəstəkləməkdə” günahlandırıb.

Nəhayət, avqustun 17-də rəsmi Tbilisi Belarus prezident sçkilərinin nəticələrinə münasibət bildirib.Gürcüstan Prezidenti Salome Zurabişvili Belarusda baş verən zorakılıqları pisləyib

və Belarus xalqının öz demokratik gələcəyini müəyyən etməyə qadir olduğunu bildirib.Zurabişvili ümid edir ki, Belarus hadisələri ölkənin demokratik gələcəyinə təsir etməz,

Gürcüstan Prezident Administrasiyasının məlumatında deyilir.”Biz ümid edirik ki, bu proseslər Belarusun demokratik və Avropa dəyərli gələcəyinə zərər vurmadan başa çatacaq”, – Zurabişvili bəyan edib.Bəyanatda nə Belarus hakimiyyətini dəstəkləmək, nə Minsk küçələrində güc strukturlarının hərəkətlərinin pislənməsi haqqında heç bir söz yoxdur.

Müxalifət Gürcüstan hakimiyyətini bu günədək Belarusda yaranmış vəziyyətlə bağlı mövqe bildirmədiyi və rəsmi bəyanat vermədiyinə görə tənqid edir,

Gürcüstanda çıxan “Rezonansi” qəzeti yazır.”Tramp da hələ ki, dürüst bəyanat verməyib. O, nümayişlərin dağıdılmasını pisləyib, lakin deməyib, Lukaşenko yaxşı insandır, ya pis. Gürcüstan hökumətinə bu, hələ tam yetişməmiş vəziyyətdə tələsmək nəyinə lazımdır? Məgər müxalifət bilmirmi ki, qıcqırmış təzə çaxırı içmək pisdir?” – politoloq Ramaz Sakvarelidze deyib.

O, həmçinin qeyd edib ki, müxalifət də səbəblərini yaxşı bilir, lakin Lukaşenkonun lehinə ya əleyhinə olması vacib deyil, iqtidardan bəyanat qoparmaq istəyir ki, sonradan onun özünə [iqtidara] zərbə vura bilsin.

“Belarus həmişə Gürcüstanla tərəfdaşlıq edən ölkə olub, istər tanımama siyasəti, istərsə də əhəmiyyətli iqtisadi yardım səpkisində. Tərəfdaş ölkəyə isə ehtiyatla yanaşmaq lazımdır,”- politoloq Ramaz Sakvarelidze deyib.

Mənbə:bbc.com/azeri

Müxbir: Turaz.org saytının xüsusi müxbiri Aytac Cəfərova

Həmçinin bax:https://turaz.org/rusiyada-gunde-4870-yeni-koronavirus-infeksiyasi-askar-edildi/

https://kafkazh.com/qafqazda-xristianligin-yaranmasi-ve-inkisafi/

Translate »