Bildiyiniz kimi, 5 avqust 2020-ci il tarixində rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib. Qeyd edək ki, imtahanda 1428 namizəd iştirak edib və yalnız 631 namizəd ikinci mərhələyə buraxılıb. İştirak edən namizədlərin yarısı imtahan üzrə müəyyən edilmiş keçid balını (40 bal) toplaya bilməmişdir. Bu da təsadüfi deyildir.
Bildiyimiz kimi, hal-hazırda da davam edən Covid – 19 pandemiyası ilə bütün dünya ölkələri kimi bizim ölkəmiz, səhiyyəmiz də mübarizə aparır. Gənc həkimlərimizin çoxu bu çətin şəraitdə Covid-19 pandemiyası ilə mübarizə aparmağa çalışır və daim çalışacaqdır. Bütün bu çətinlikləri nəzərə alaraq tibb tələbələri rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə bu ilki keçid balının müəyyən qədər aşağı salınması barədə göstəriş verilməsi üçün aidiyyəti qurumlara müraciət ediblər. Onu da nəzərinizə çatdıraq ki, 2015-ci ildə rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə keçid balı endirilmişdir və ikinci mərhələyə 1000 namizəd buraxılmışdır.
122 namizədin imzası və ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Dövlət İmtahan Mərkəzinə, Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilmişdir. İnanırıq ki, bu çətin günlərdə hər zaman həkimlərimizə dəstək olmuş, onlarla bərabər ölkəmizə daim xidmət göstərmiş jurnalistlərimiz bu mövzuda da öz dəstəklərini həkimlərimizdən əsirgəməyəcəklər.
Həmçinin bax : https://turaz.org/azərbaycanin-mudafiə-naziri-turkiyədə-isguzar-səfərdədir/
https://kafkazh.com/babek-xalq-qehremani-yoxsa-islam-elehdari/
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”