Sentyabr 28, 2022

Rezidentura və dövlət qulluğuna növbəti imtahanlar keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi və dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan qruplar üzrə test imtahanı keçirib.

Turaz.org xəbər verir ki,DİM-dən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Avqustun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahanların nəticəsi yaxın 2 gün ərzində elan olunacaq.

 

Müxbir: Əzizə Əlizadə

Translate »