Oktyabr 23, 2021

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi davam edir



Rezidenturaya qəbul olmaq üçün sentyabrın 21-dən ixtisas seçimi aparılır.
Dövlət İmtahan Mərkəzindən (DİM) TurAz.org-a https://turaz.org/ bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün sentyabrın 25-dək eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçməlidirlər. Bu gün saat 12:15-ə olan məlumata görə, 43 namizəd ixtisas seçimi edib.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılır.
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı balların cəminə (ümumi bal) əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Qeyd edək ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib. Bu nömrədə, həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2019-cu ildә rezidenturaya qәbul müsabiqəsində klinik bazaların ixtisasları üzrə formalaşmış keçid balları təqdim olunub.


Müxbir: Turaz.org xüsusi müxbiri Zahidə Nəbizadə

Həmçin bax:https://tehsilim.org/1-nomreli-baki-tibb-kollecinde-gozden-elil-abituriyentler-ucun-20-plan-yeri-ayrilmisdir/

Həmçin bax:https://kafkazh.com/azerbaycan-felsefesinden-yarpaqlar-eli-bey-huseynzade/

Həmçin baxhttps://turaz.org/ginsburqun-olumu-abs-seckilerinden-bir-nece-hefte-evvel-yeni-siyasi-mubarizeye-sebeb-olub/

Translate »