Oktyabr 5, 2022

“Rolls-Royce” “sükunət formulu”nu təqdim edir

“Rolls-Royce” “sükunət formulu”nu təqdim edir

Birinci “Ghost”un müştərilərinin rəylərini öyrənərkən marka səssiz bir barama təsiri yaradan salondakı sükutun onlar üçün böyük əhəmiyyət daşıdığını aşkarlayıb. Bu görkəmli insanlar biznes dünyasında çalışırlar.“ Yeni “Ghost” hazırlayarkən akustika üzrə “Rolls-Royce” mütəxəssisləri salonda səssizliyi yeni səviyyəyə çıxararaq tam sükunət hissini yaratmaq niyyətindəydilər.

Bunun üçün akustika mühəndisləri markanın patentləşdirilmiş alüminium məkan çərçivəsinin arxitekturasını uyğunlaşdırıblar. Platformanın özü, adi poladla müqayisədə metalın daha yüksək akustik müqavimətinə və düz rezonans verən səthlərə nisbətən mürəkkəb formaların istifadəsinə üstünlük verir. Salonun artıq demək olar ki, səssiz 6,75 litrlik V12 mühərrikdən səs izolyasiyası üçün mütəxəssislər banın daxilində ikiqatlı arakəsməni quraşdırıblar, damda, yük bölməsində və döşəmədə olan xüsusi boşluqlar isə 100 kiloqramdan artıq səsi udan materiallar ilə doldurulub. Bundan əlavə, səs azaldan şüşə qurğular istifadə edilib və şinlər dörd düymlük yüngül səs udma köpüyü ilə təchiz olunub.


Sonra hər bir komponent onun akustik xüsusiyyətləri üçün diqqətlə tədqiq edilib. Bir hissə qəbuledilməz səs səviyyəsini çıxarsa, ondan imtina edilib və yenidən işlənməyə göndərilib. Kondisioner sisteminin hava kanallarının hətta daxili hissəsi müştəriləri səs-küydən təcrid etmək üçün daha hamar olub.
Lakin testin erkən mərhələlərində akustik komanda səsin tam aradan qaldırılması yanılta biləcəyini müəyyən edib. Müştərilərin vahid, incə not kimi qəbul edəcəyi yumşaq bir səs tonu “pıçıltı” yaratmağa qərar veriblər. Bunun üçün hər bir komponenti müəyyən bir rezonans tezliyinə uyğunlaşdırmaq lazım idi. Bu məqsədlə, oturacaqların çərçivələrinə akustik amortizatorlar yerləşdirilib, salonla yük bölməsinin arasında isə aşağı tezlikli səslərin yaradılmaması üçün bir sıra portlar quraşdırılıb.


Markanın ekspertləri bu qərarı “Sükunət formulu” adlandırıblar. Mühəndislər şirkət daxilində akustika sahəsindəki nailiyyətlərini təqdim ediblər və bu inkişafların sifarişçilərin gözləntilərinə necə cavab verəcəyini göstəriblər. “Rolls-Royce” markası qısametrajlı animasiya filmində əsas nəticəni bölüşərək, yeni “Ghost”un xüsusiyyətlərini açıqlayıb.


Yeni “Ghost”un akustika dizaynının baş mühəndisi Tom Davis-Reason belə izah edib: “Yeni “Ghost”un müstəsna akustikası ciddi mühəndislik işlərinin və detala diqqətli olmağın nəticəsidir amma əslində onun əsasında marka tərəfindən patentləşdirilmiş alüminium memarlığı dayanır. Polad platformada quraşdırılmış avtomobildə belə bir akustik cəhətdən mükəmməl mühit yaratmaq mümkün deyil”.


Cizgi filmi məşhur illüstrator Çarli Devis tərəfindən yaradılıb. “Rolls-Royce”, həmçinin yeni “Ghost” konsepsiyasının xüsusiyyətlərini və mühəndislik mahiyyətini açıqlayan beş seriyadan ibarət öz podkastını təqdim edib. Podkast Londonun Victoria & Albert Muzeyində 20-ci əsrin müasir dizaynı və müasir mebel və məhsul dizaynı kuratoru Johanna Agerman Ross tərəfindən aparılır. Podkastlar “Apple”, “Google”, “Spotify” və “Deezer”də mövcuddur.

Mənbə: azertag.az
Müxbir: turaz.org xüsusi müxbiri Jalə Hüseynova

Həmçinin bax:https://kafkazh.com/molla-nesreddin-ziyasi/

Həmçinin bax: https://tehsilim.org/valensiya-universitetinin-tarixi/

Translate »