Oktyabr 23, 2021

Rumıniya XİN: “Şirkətlərimiz Qarabağın bərpası prosesində iştirak etməkdə maraqlıdır”

Rumıniya şirkətləri Qarabağın bərpa və inkişaf prosesində iştirak etməyə dəvət olunarsa, bu, şübhəsiz ki, onlarda böyük maraq oyadacaq”.

Bu barədə Turaz.org Report-a istinadən xəbər verir.

Ruminiya XİN: “Əminik ki, Rumıniya şirkətlərinin Qarabağın bərpasında iştirakı mövzusu Azərbaycan ilə gələcək ikitərəfli təmaslarımızın gündəliyinə daxil ediləcək”, – Nazirlikdən deyiblər.

Rumıniya XİN həmçinin Qarabağın böyük potensiala malik olduğunu qeyd edib: “Azərbaycan hökumətinin bu istiqamətdə bərpa səylərini diqqətlə izləyirik. Bilirik ki, Azərbaycan hökuməti dəymiş zərərin və bərpa ehtiyaclarının kompleks qiymətləndirməsini aparır. Əldə edilmiş nəticələr son dərəcə faydalı olacaq”.

 

Müxbir: Əzizə Əlizadə

Translate »