May 16, 2022

Rusiya aralarında dənizçilər də olmaqla 100-ə yaxın ukraynalını girov götürüb

Rusiya Ukraynanın 100-ə yaxın vətəndaşını girov götürüb, onların mübadiləsi üçün danışıqlar aparılır.

Turaz.org-un məlumatına görə, bunu Ukraynanın Baş nazirinin müavini – işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Qara dənizdə boğulmaqdan xilas olunan və Ukrayna tərəfinin xilas etdiyi dənizçiləri geri qaytarmaq arzusunda olduğunu bildirib.

“Burada dənizçilər var, yeri gəlmişkən, biz 11 dənizçini xilas etdik və onları verməyə hazırıq, onlar nəyimizə lazımdır, təki onlar adamlarımızı versin”, – nazir qeyd edib.

Vereşçuk ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Ukrayna öz vətəndaşlarını geri qaytara biləcək. “Orada təkcə dənizçilər deyil, 92 nəfərdir, səhv etmirəmsə, onları əsir götürüblər”, – Vereşçuk deyib.

O, həmçinin bildirib ki, Rusiyanın girovların bərabərlilik – dənizçi üçün dənizçi, sürücü üçün sürücü prinsipi ilə mübadiləsinin mümkünlüyü ilə bağlı müraciət edib.

Müxbir: Əzizə Əlizadə

Translate »