Avqust 14, 2022

Rusiya Baydenin həyat yoldaşı və qızına sanksiya qoyub

 

 

 

Rusiya XİN daha 25 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Bu barədə Turaz.org Rusiya mətbuatına istinadən xəbər verir.

Siyahıya ABŞ Prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Bayden, qızı Eşli Bayden, Senat üzvləri, Stenford, Yell və Harvard universitetlərinin əməkdaşları daxildir.

Xatırladaq ki, daha əvvəl 936 ABŞ vətəndaşının Rusiyaya girişinə qadağa qoyulmuşdu.

Müxbir: Əzizə Əlizadə

Translate »