“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin beş günü ərzində ölkəyə 56 raket zərbəsi endirilib”.
Turaz.org xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
“Beş gün ərzində artıq Ukraynaya qarşı 56 raket zərbəsi endirilib, 113 qanadlı raket atılıb. Dünya da bilir ki, nə etmək lazımdır. Mən bu gün tərəfdaşlarla bu barədə danışdım”, – Zelenski vurğulayıb.
Onun sözlərinə görə, raket, bomba və artilleriya ilə silahlanmış şər dərhal dayandırılmalıdır:
“İqtisadi cəhətdən məhv etməklə bəşəriyyətin özünü müdafiə etmək iqtidarında olduğunu göstərmək lazımdır. Hesab edirəm ki, biz səmanın Rusiya raketləri, təyyarələri, helikopterləri üçün tamamilə bağlanmasını düşünməliyik”.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıb
Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş başlayıb
Goranboyda qəza olub, xəsarət alanlar var