Mart 29, 2023

Rusiya BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı qətnaməsinə veto qoyub

 

Rusiya BMT Təhlükəsizlik Şurasının Ukraynaya hücumu dərhal dayandırmağa çağıran qətnamə layihəsinə veto qoyub.

Bu barədə Turaz.org xarici mətbuata istinadən xəbər verir.

Müzakirələr zamanı 11 üzv ölkə qətnamənin lehinə səs verib, 3-ü bitərəf qalıb.

Qətnamə layihəsi ABŞ və Albaniya tərəfindən irəli sürülüb.

Sənəddə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurası BMT baş katibinin Rusiya Federasiyasının Ukraynaya qarşı hücumu dayandırmaq çağırışını dəstəkləyir. “BMT Təhlükəsizlik Şurası Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü ilə bağlı dərin təəssüfünü ifadə edir”, – mətndə deyilir.

Qətnamədə həmçinin qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Rusiya Federasiyasının Ukraynaya qarşı güc tətbiqini dərhal dayandırması və BMT-nin hər hansı bir dövlətinə qarşı güc tətbiq etmək və ya güc tətbiq etmək üçün növbəti qanunsuz hədələrdən çəkinmək barədə qərar qəbul edir.

Layihəyə əsasən, BMT Təhlükəsizlik Şurası Rusiyanın bütün hərbi qüvvələrini beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Ukrayna ərazisindən dərhal, tamamilə və ilkin şərt olmadan çıxarması barədə qərar qəbul edib.

Müxbir: Əzizə Əlizadə

Translate »