İyul 4, 2022

Rusiya Çinə neft ixracını rekord səviyyədə artırıb

Rusiya Çinə neft ixracını rekord səviyyədə artırıb.

Turaz.org xəbər verir ki, Çin Covid 19 pandemiyasından sonra yaranan iqtisadi problemlərə baxmayaraq Rusiyadan neft idxalını rekord səviyyədə artırıb. Rusiyanın may ayında Çin bazarına olan neft ixracını 55% artırıb ki, Moskva bu göstərici ilə Səudiyyə Ərəbistanını geridə qoyub.

Çin Mərkəzi Gömrük İdarəsindən verilən məlumata görə “Şərqi Sibir- Sakit okean” boru xətti və dəniz yolu ilə idxal edilən xam neft və neft məhsullarının həcmi may ayında 8.42 milyon tonu keçib.

Həmçinin bax: Rusiya Uzaq Şərqi satıb? Sürətli çinliləşmə nədən xəbər verir?

 

Translate »