Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib.
Turaz.org Sputnik Armenia”ya istinadən xəbər verir ki, buna səbəb “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışlarla bağlı Rusiyanın ittiham olunmasıdır.
“Biz bunu Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu cür eyhamların arxasında duran siyasi qüvvələrin birbaşa təxribatı kimi qiymətləndiririk. Biz Ermənistan hakimiyyətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar gözləyirik”, – bəyanatda bildirilib.
Qeyd edək ki, bundan əvvəl “Sasna Tsrer” siyasi qrupu sosial mediada belə iddialarla çıxış etmişdi.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib
BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”
Çində soyuducu anbarda baş verən yanğında 11 nəfər ölüb