Rusiya ordusunun hərbçiləri Ermənistanda təlim keçirib.
Turaz.org “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Mətbuat xidməti məlumat yayıb.
Təlimdə motoarıcı bölmələr və hava hücumundan müdafiə qüvvələrinin pilotları iştirak ediblər.
Təlim uçuşlarına 130-dan çox hərbçi, 20 xüsusi texnika, o cümlədən MiQ-29 təyyarələri qatılıb.
Təlim çərçivəsində şərti hədəflər sıradan çıxarılıb.
Xatırladaq ki, martın 27-də Rusiyanın Ermənistandakı hərbi bazasının xüsusi təyinatlı hərbçiləri dağlıq ərazilərdə təlim keçirib.
Martın 29-da isə hərbi bazada xidmət edən pilotlar və tankçıların təlimləri təşkil olunub.
Son Xəbərlər
Ermənistanda bir qrup insan 44 günlük müharibənin nəticələrinə görə aksiya keçirir
İran bunu da etdi: Başqa dillərdən istifadə edənlər…
ÜST: “Sudanda 600-dən çox insan ölüb, 5 mindən çox insan yaralanıb”