Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin avqustun 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.
Turaz.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlığının inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi perspektivləri müzakirə edilib.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Parisdə Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib
Yunanıstan 2,5 milyard avroluq beşillik istiqrazlar buraxıb
Ərdoğan: TANAP-dan qazın Macarıstana çatdırılması ilə bağlı Azərbaycana dəstək verməyə hazırıq