- Rusiya Müdafiə Nazirliyi müzəffər Azərbaycan ordusuna qarşı iddia irəli sürüb.
Turaz.org xəbər verir ki, Rusiya MN iddia edir ki: “Azərbaycan silahlı qüvvələri üçtərəfli bəyanatın müddəalarını pozaraq, məsuliyyət zonasına daxil olub. Fərruz kəndində “Bayraktar” ilə “Dağlıq Qarabağ silahlı birləşmələrin hərbi bölmələrinə” 4 zərbə endirilib. Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”.
Qeyd edək ki, Rusiya MN-nin “Dağlıq Qarabağ silahlı bölmələri” ifadəsi özü üçtərəfli bəyannaməyə ziddir.
Müxbir: Əzizə Əlizadə
Həmçinin bax: https://turaz.org/kamran-m-yunisin-seir-poeziyasi-kecirilecek/
Son Xəbərlər
Ukrayna ordusunun batalyonu Xarkovda Rusiya ilə sərhədə çatıb
İraqda zərərsizləşdirilən terrorçuların sayı 95 nəfərə çatıb
Əfqanıstan və Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olub