Mariupol və Volnovaxada sakitlik rejimi başa çatdıqdan sonra Rusiya ordusu yenidən hücuma başlayıb.
Turaz.org-un xəbərinə görə, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konoşekov bildirib.
Konoşekov bildirib ki, sözügedən ərazilərdən heç bir mülki şəxs çıxa bilməyib. Buna görə də saat 18.00-dan etibarən (Bakı vaxtı ilə 19.00) Rusiya silahlı qüvvələri əks hücuma başlayıb.
Xatırladaq ki, təxliyə prosesinin alınmamasına görə tərəflər bir-birini ittiham edir.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Narkotik qaçaqmalçıları Azərbaycan sərhədçilərinə atəş açıb
Türkiyə və Rusiya nümayəndə heyətləri arasında görüş başlayıb
Goranboyda qəza olub, xəsarət alanlar var