Mart 29, 2023

Rusiya Özbəkistana hərbi texnika verir

 

Rusiya Özbəkistana SU-30SM çoxməqsədli döyüş təyyarələri, Mi-35M helikopterləri və raket sistemləri tədarük edib.

Turaz.org xəbər verir ki, Rusiya Özbəkistan və Qazaxıstana hərbi məhsullar, o cümlədən təyyarə və raket sistemləri tədarük edib. Bu barədə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev RBC xəbərlərinə müsahibəsində bildirib.

“Bu il Qazaxıstan və Özbəkistana SU-30SM təyyarələri, Mi-35M helikopterləri, Buk-M2E müdafiə raket sistemləri, BTR-80 və BTR-82A zirehli transportyorları, Orlan-10E İHA, Typhoon-K zirehli MRAP maşınları və atıcı silahlar tədarük etdik. ”, – deyə Şuqayev bildirib.

Onun sözlərinə görə, Rusiya ilə hərbi-texniki əməkdaşlıq koronavirus pandemiyasına baxmayaraq inkişaf etməkdə davam edir.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/qaraqalpaqstanda-18-milyard-suma-zengler-tikilir/

Translate »