Dekabr 9, 2021

Rusiya Özbəkistanda 8 universitet filialı açacaq

Rusiyanın daha səkkiz universiteti Özbəkistanda filial açmaq niyyətindədir, bu barədə Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçiy noyabrın 16-da Moskva Dövlət Universitetində işə başlayan ikinci Rusiya-Özbəkistan təhsil forumunda bildirib.

Turaz.org xəbər verir ki, Viktor Sadovniçiyin sözlərinə görə, üç filialın açılışı imzalanmanın son mərhələsindədir və yaxın gələcəkdə onlar öz qapılarını özbək tələbələrin üzünə açacaqlar.

Forumda o da bildirilib ki, növbəti tədris ilində özbəkistanlı tələbələr üçün Rusiya ali məktəblərində pulsuz təhsil almaq üçün kvota 750 yer artırıla bilər ki, bu da 2018-ci illə müqayisədə 3 dəfə çoxdur.

Müxbir: Əzizə Əlizadə
Tərcüməçi Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/qirgizistanda-gelen-hefte-qis-turizm-movsumu-acilacaq
Həmçinin bax: kafkazh.com/havanin-cirklenme-menbeleri

Translate »