Oktyabr 24, 2021

Rusiya Özbəkistandan 10 min miqrant işçini sadələşdirilmiş qaydada işə götürəcək

Rusiya Özbəkistandan 10 min miqrant işçini sadələşdirilmiş qaydada işə götürəcək. Bu barədə Məşğulluq və Əmək Münasibətləri Nazirliyinin rəsmilərinin iştirakı ilə AİMK-nın brifinqində məlumat verilib.

Turaz.org xəbər verir ki, Rusiya əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Andrey Pudovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 10 -da Özbəkistana gəlib.

Vətəndaşların mütəşəkkil məşğulluğu, miqrant işçilərin sağlamlığının qorunması, hüquq -mühafizə orqanlarının səlahiyyətləri ilə bağlı məsələlərdə iki ölkənin müvafiq nazirlik və idarələrinin rəsmilərinin iştirakı ilə müzakirələr aparılıb. İndiyə qədər Rusiya Federasiyasına işləməyə gedən vətəndaşlar həmin ölkədə 5 növ tibbi müayinədən keçməli və 1 aya qədər daxili işlər bazasına barmaq izi daxil olmalı idilər. Rusiyalı tərəfdaşlarla silsilə görüşlər və danışıqlar nəticəsində indi Özbəkistanda da oxşar işlər aparılır və işçilər Rusiya əmək bazarına çıxmağa hazırdır.

Rusiya Federasiyasının əmək miqrasiyası üzrə nümayəndə heyətinin ölkəyə səfərindən sonra aşağıdakı məlumatlar əldə edilib:

Özbəkistan Respublikası vətəndaşlarını Rusiya Federasiyasına inşaat sənayesində çalışmağa cəlb etmək üçün pilot layihə çərçivəsində tezliklə Özbəkistandan Rusiyaya sadələşdirilmiş qaydada 10 min miqrant işçi cəlb ediləcək. Namizədləri işə götürmə xərcləri, o cümlədən tibbi müayinələr, peyvəndlər, rus dilində imtahan, rus tarixi və qanunvericiliyi, patentləşdirmə və nəqliyyat xərcləri işəgötürənlər tərəfindən qarşılanacaq;

Rusiya Federasiyasının ərazisində işləmək istəyən vətəndaşların peyvənd və koronavirus testləri Özbəkistanda iki ölkənin mütəxəssisləri tərəfindən Rusiya tibbi cihazlarından istifadə edilərək aparılacaq və nəticələri “COVID-19 olmadan səyahət” tətbiq sisteminə daxil ediləcək.

Rusiya Federasiyasının ərazisində işləmək istəyən vətəndaşlar üçün patent almaq üçün lazım olan daktiloskopik qeydiyyat və qeyd proseslərinin Özbəkistanda iki ölkənin Daxili İşlər Nazirlikləri tərəfindən Rusiya avadanlıqlarının köməyi ilə aparılacağı razılaşdırılıb.

Tərcümə edən: Həmidə İskəndərova

Həmçinin bax:https://turaz.org/emirsoy-istirahet-zonasinda-700-agac-kesilib/

Translate »