“Bu gün ikitərəfli gündəlikdə duran aktual məsələlərin bütün kompleksi ətraflı nəzərdən keçirildi. Biz hər şeydən əvvəl qarşılıqlı ticari-iqtisadi əlaqələrin artırılması imkanlarını və perspektivlərini müzakirə etdik”.
Turaz.org xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Qeyd edim ki, 2021-ci ilin yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb və təqribən 3,4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir”, – Rusiya lideri əlavə edib.
Müxbir: Əzizə Əlizadə
Son Xəbərlər
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş olub
Azərbaycanın sənaye istehsalı 3 % artıb
Azad olunan ərazilərdə daha 242 mina aşkarlanıb