Noyabr 28, 2021

Rusiya Qırğızıstan üçün 1,2 milyon dollar dəyərində koronavirus peyvəndi alacaq

Rusiya hökuməti Qırğızıstana 200 min doza Sputnik Light koronavirus vaksinin alınması və çatdırılması üçün 1,2 milyon dollardan çox vəsait ayırmaq qərarına gəlib.

Turaz.org xəbər verir ki, Rusiyanın Qırğızıstandakı səfirliyinin mətbuat xidməti bildirib ki, humanitar yardım Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən veriləcək.

Qırğızıstan martın 29-da Çinin bağışladığı Sinofarm vaksini aldıqdan sonra COVID-19-a qarşı peyvənd kampaniyasına başlayıb. Bundan əlavə, ölkə öz vətəndaşlarına Sputnik V və AstraZeneca peyvəndini vurdurub.

Qırğızıstanda peyvənd kampaniyası başlayandan bəri ümumilikdə 957383 doza koronavirus peyvəndi tətbiq edilib. Onlardan 726899 nəfər peyvəndin hər iki dozasını alıb.

Tərcüməçi: Həmidə İskəndərova
Həmçinin bax: turaz.org/tokayev-macaristanin-bas-nazirinin-muavini-maliyye-naziri-mixali-varqani-qebul-edib
Həmçinin bax: kafkazh.com/celil-memmedquluzadenin-yaradiciligi

Translate »