Dekabr 8, 2021

Rusiya səfiri: “Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi həlli gündəmdədir”

İnanıram ki, Rusiya-Azərbaycan Ekspert Şurasının iclası və onun nəticələri ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək”.

Turaz.org xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında deyib.

Ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan səfir ekspert rəyinin ikitərəfli münasibətlərdə mühüm amillərdən biri olduğunu vurğulayıb: “Əlaqələrin inkişafı və mehriban münasibətlər regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına imkan verir”.

Rusiya səfiri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında nəqliyyat və kommunikasiyaların yenidən qurulması işi aparılır: “3+3 formatı çox əhəmiyyətlidir. Demilitasiya və demarkasiya məsələlərinin həll edilməsi gündəmdə olan məsələlərdir”.

 

Müxbir: Əzizə Əlizadə

Translate »