Seul rəhbərliyi iki Tu-95MS bombardmançısının və dörd Rusiya döyüş təyyarəsinin Dokdo adaları yaxınlığında 20 dəqiqə ərzində sərhədi pozduğunu açıqlayıb. Cənubi Koreyanın hərbi rəsmiləri 6 Rus döyüş təyyarəsinin ölkənin hava hücumundan müdafiə bölgəsini pozduğunu iddia edib. Cənubi Koreyanın Yonhap xəbər agentliyində yer alan xəbərə görə, hərbi rəsmilər, 2 Tu-95MS bombardmançısının və 4 Rus döyüş təyyarəsinin ölkənin şərq sahilindəki Dokdo adaları yaxınlığında 20 dəqiqə ərzində Koreyanın Hava Hücumundan Müdafiə və İdarəetmə Bölgəsini (KADİZ) pozduğunu açıqlayıb.
Səlahiyyətlilər, Koreya təyyarələrini dərhal havaya qaldırıb və Rusiya təyyarələrini KADİZ-dən çıxarmaq üçün lazımi tədbirlər görüblər. Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi, 2 Tu-95MS bombardmançı təyyarəsinin neytral sularda əvvəlcədən planlaşdırılan 7 saatlıq bir uçuş keçirdiyini açıqlayıb. Seul rəhbərliyi Rusiya təyyarələrinin KADİZ-i keçən il ən azı 20 dəfə pozduğunu bildirib.
Mənbə: Koreya mətbuatı
Müxbir: Turaz.org-un xüsusi müxbiri Aysel Məhərrəmova
Həmçinin bax: https://m-en.yna.co.kr/index
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib