Dekabr 8, 2021

Rusiya-Ukrayna sərhədi: NATO-dan hərbi güclə bağlı xəbərdarlıq

NATO rəhbəri Rusiyanı Ukrayna ilə sərhədində hərbçilərinin sayının artırılmasından sonra hərbi planları ilə bağlı açıq olmağa çağırıb. Yens Stoltenberq bildirib ki, son həftələr sərhəddə Rusiya qüvvələrinin “geniş və qeyri-adi” yığılması müşahidə edilib. O, Rusiyanın Ukraynanı işğal etməyi planlaşdırdırdığı ilə bağlı fərziyələr fonunda danışıb.

Turaz.org xəbər verir ki, Moskva bu cür qorxuları “həyəcanverici” kimi qiymətləndirib və NATO-nun regionda fəaliyyətinin artmasından şikayətlənib.

Brüsseldə Ukraynanın xarici işlər naziri ilə danışıqlardan sonra danışan cənab Stoltenberq bildirib ki, vacib olan gərginliyin nəzarətdən çıxmasını dayandırmaqdır. O, Rusiyanı hər hansı “aqressiv addımlar” atmaqdan çəkindirib.

Tərcümə etdi: Aytac İsrayılova

Translate »