May 23, 2022

Rusiya Ukraynadakı diplomatlarını təxliyə edir

“Rusiya Ukraynadakı səfirlik və baş konsulluqların əməkdaşlarını tezliklə təxliyə edəcək”.

Turaz.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İndiki şəraitdə birinci prioritetimiz Rusiya diplomatlarına, səfirlik və baş konsulluqların əməkdaşlarına qayğı göstərməkdir. Onların həyatını və təhlükəsizliyini qorumaq üçün Rusiya rəhbərliyi Ukraynadakı Rusiyanın xarici nümayəndəliklərinin əməkdaşlarını təxliyə etmək qərarına gəlib ki, bu da yaxın vaxtlarda həyata keçiriləcək”, – bəyanatda qeyd edilir.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Müxbir: Əzizə Əlizadə

Translate »