May 16, 2022
Putin

Rusiya Ukraynanın separatçı regionlarının müstəqilliyini tanıyıb

Rusiya Ukraynanın separatçı regionları olan Donetsk və Luhanskın müstəqilliyini tanıyıb.

Turaz.org BBC-yə istinadən xəbər verir ki, bu, Rusiyanın işğal planları barədə narahatlıqların artmasına səbəb olacaq addım kimi görülür.

Rusiya prezidenti Vladimir Putinin Donetsk Xalq Respublikası və Luhansk Xalq Respublikasının müstəqilliyini tanıması barədə fərman imzalayacağı gözlənilir.

“Müasir Ukrayna tamamilə və bütövlükdə Rusiya tərəfindən yaradılıb”, – Vladimir Putin qərarı ilə bağlı xalqa müraciətinin belə başlayıb.

Prezident Putin xüsusilə qeyd edib ki, o Rusiya sovet və kommunist Rusiyası olub.

Tarixlə bağlı çıxışını davam etdirən Putin keçmiş kommunist lideri Vladimir Lenini tənqid edərək onu Ukraynanın “müəllifi və memarı” adlandırıb.

Vladimir Putin xalq müraciətində onu da deyib ki, 1991-ci ildə Sovet İttifaqı dağılanda Rusiya “qəsb edilib”.

O, ilk dəfə deyil ki, bu barədə danışır. Vladimir Putin bundan əvvəl bildirmişdi ki, ittifaqın dağılmasını “geo-siyasi fəlakət” adlandırıb.

Putin NATO-nun Ukraynanı “müharibə teatrına çevirdiyini” deyib.

Həmçinin bax: turaz.org/sedir-ceferov-qirgizistan-tacikistan-serhedi-meselesini-serh-edib
Həmçinin bax: kafkazh.com/beseriyyet-ucun-deyerli-insan-babur-sah

Translate »