Son illərdə Avropanın jandarmı rolunu oynayan Çar I Nikolayın Rusiyasından fərqlənməyən Asiyanın jandarmı Putinin Rusiyası ölkənin şimalını və şimal şərqini Çinə satıbmı? SSRİ-nin süqutundan sonra Çinlə sərhədlərin açılması və Çin şirkətlərinin Uzaq Şərqə investisiya yatırması Sibirdə, xüsusilə Amur hövzəsində çinli əhalinin sayının artmasına səbəb olub.
Çinin ucuz işçi qüvvəsinin həddindən artıq çox olması, eyni zamanda Uzaq Şərqdəki zəngin enerji resurslarının çoxluğu Çinin bu bölgəyə olan marağını artırır. Uzaq Şərqdə iqlimin kəskin soyuq olması və bölgənin Rusiyanın Avropa hissəsinə çox uzaqda yerləşməsi etnik rusların bölgədən köçünə səbəb olmuşdur.
Rus əhalisinin demoqrafik azalması Çin təhlükəsinin daha da artırır. Belə ki, Baykal gölü hövzəsində yaşayan Rusiya vətəndaşlarının sayı 1998-2002-ci illər arasında 8 milyondan 6 milyona qədər azalıb və bu demoqrafik çöküş hər il davam edir. Çinin isə bu bölgənin qonşuluğunda yerləşən 3 əyalətində- Heilonqjianq, Jilin və Liaoninqdə 2010-cu ilin statsistikasına görə 110 milyon çinli yaşayır.
Çin KP 2021-ci ildə hökümətin 3 uşaqlı ailələrə maddi dəstəyin göstərilməsini nəzərdə tutan qərar qəbul etmişdi. Bu sayı 1 milyard 300 milyondan çox olan Çin xalqının demoqrafik şəkildə daha da sürətlə artmasına təkan verəcək. Bu qərar həm də çinlilərin dünyaya xüsusilə də Uzaq şərqə sürətlə yayılmasına səbəb olacaq. Çində əhalinin sayının artması yeni qida, xammal və iş qaynaqlarının axtarılmasına səbəb olur. Təbii resurs baxımından elə də zəngin olmayan Çin gözünü beləliklə Uzaq Şərqə dikir.
Rusiyanın şimalı- Sibir zəngin torpaqlara və təbii sərvətlərə malikdir. Belə ki, Rusiyanın qızıl və neft ehtiyatlarının 70%-i, daş kömür, gümüş, platin, almaz və s. yataqlar bu bölgədə yerləşir. Həmçinin bölgənin turistlik imkanların da Çin şirkətlərini bölgəyə cəlb edir. Çinlə sərhəddə yerləşən Vladivostok şəhərində Çin restoranlarının, Çin malı satan dükanların, Çin dili tədris edən kursların sayı günü-gündən artır. Yuxarda qeyd etdiyimiz kimi, dünyanın ən çox ucuz işçi qüvvəsi olan çinlilər bu bölgəyə axın edir və xüsusilə Çin şirkətlərinin həyata keçirdiyi quruculuq və tikinti işlərində, layihələrində rol alırlar. Rusiya viza sistemini nə qədər sərtləşdirsə də, qanuni və qeyri-qanuni məskunlaşan çinlilərin sayı artmaqdadır. Çinlilər həmçinin nikah yolu ilə də bu bölgədə məskunlaşırlar.
Ukraynaya, Belarusa və ən son Qazaxıstana müdaxilə edən və heç bir yazılı hüquqi olmadan KTMT-ni Qazaxıstana “sülhməramlı” adı ilə göndərən, bir sözlə Qazaxıstanı işğala cəhd edən Rusiyanın şimal torpaqlarını unutduğunu deyə bilərik. Çinin iqtisadi cəhətdən getdikcə güclənməsi Uzaq Şərqin yaxın 10 ildə tamamilə çinliləşməsinə gətirib çıxaracaq.
Rusiyanın Çinlə 25 milyard dollar qarşılığında 20 illik neft krediti sazişini imzalaması da bölgənin satılması iddiasını gücləndirir. Çinin ticarət və yayılma yolu ilə işğalı bölgədə yaşayan az saylı türk xaqlarının varlığı üçün də ciddi təhlükədir. Çinin təcavüzkar və şovinst ruhu olması isə Uyğur türklərinə qarşı yürütdüyü soyqırım siyasəti ilə öz təsdiqini tapıb.
Çinin bu aktivliyi hər kəs kimi bizi də narahat etməlidir. Çünki Çinin ticarət və yayılma siyasəti bizim üçün də böyük təhlükə yaradır. Uyğur türkləri üzərində aparılan genetik və psixoloji araşdırmaların məqsədi Uyğur türkləri ilə genetik qohumluğu olan xalqların da zəif cəhətlərini və psixologiyalarını öyrənmək idi. Eyni zamanda Çinin Cənub qonşumuz İranın Bəndər Abbas limanını 100 illik icarəyə götürməsi də ticari işğal təhdidini artırır. Uyğur türklərindən kölə kimi istifadə edən və onları məcburi əməyə məcbur edən Çinin ticari imperiyaya çevrilməsi və sürətlə dünyaya yayılması dünya və insan haqları üçün hazırda ən böyük təhdid hesab edilməlidir.
ARAŞDIRMACI: Turaz.org-Təhlildən Zahidə Nəbizadə
ŞƏKİL DİZAYNI: Nazpəri Həsənova
Son Xəbərlər
İranın Rusiyaya ixracı 57% artdı
İranda 3 məhkum edam edildi
Latviyanın yeni prezidenti seçilib