Yanvar 26, 2022

Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin yubileyinə hazırlıq gedir

Gələn il Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olacaq. Hazırda həm rəsmi, həm də mədəni-humanitar istiqamətdə müvafiq tədbirlər planının razılaşdırılması tamamlanmaq üzrədir”.

Turaz.org xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Yaxın zamanda müvafiq informasiya paylaşılacaq”, – o deyib.

Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, gələn il Rusiya ilə bir sıra MDB ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi tamam olacaq.

Müxbir: Əzizə Əlizadə

Translate »