Sentyabr 28, 2022

Rusiya və İsrail prezidentləri arasında telefon danışığı olub

 

Avqustun 9-da İsrail Prezidenti İsaak Hersoqla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Turaz.org xəbər verir ki, məlumatı “The Jerusalem Post” yayıb.

Prezidentlər ikitərəfli münasibətlərə dair məsələləri, İsraildən kənardakı yəhudi diasporunun fəaliyyətini və Rusiyadakı “Soxnut” Yəhudi Mərkəzi ilə bağlı problemləri müzakirə ediblər.

Qeyd edək ki, Rusiyanın Moskva şəhərinin Basmann Rayon Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin vəsadəti əsasında ölkə qanunlarına zidd fəaliyyətinə görə “Soxnut” təşkilatının fəaliyyətini dayandırıb.

Müxbir: Əzizə Əlizadə

Translate »