Oktyabr 23, 2021

Rusiya və Türkiyə arasında yeni müqavilə imzalanacaq

Rusiyadan Türkiyəyə S-400-lərin tədarükü ilə bağlı yeni müqavilə imzalanacaq

Yaxın vaxtlarda Türkiyə və Rusiya arasında S-400 zenit-raket sistemlərinin göndərilməsi haqda yeni müqavilə imzalana bilər.

Turaz.org xəbər verir ki, bu barədə bu gün “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu çərçivəsində bildirib.

“Məsləhətləşmələr davam edir, son mərhələdəyik. Yaxın vaxtlarda tərəfdaşlarımızla müqavilənin rəsmiləşdirilməsinə və imzalanmasına başlayacağıq”, – deyə A. Mixeyev qeyd edib.

Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiyə S-400-lərin göndərilməsi ilə bağlı müqavilə bağlayıb.

Müxbir: Əzizə Əlizadə

Həmçinin bax:https://turaz.org/ehmed-mesud-dagliq-pencsir-eyaleti-taliblere-teslim-olmayacaq/

Translate »