May 17, 2022

Rusiya və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Rusiya və Türkiyənin Xarici İşlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə “Turaz.org” TASS-a istinadən xəbər verir.

XİN başçılarının söhbətinin təfərrüatları açıqlanmır.

Bildirilir ki, bundan əvvəl Çavuşoğlu ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparıb. Tərəflər Ukraynadakı son hadisələri müzakirə ediblər.

Qeyd edək ki, Çavuşoğlu bir müddət əvvəl Ankaranın martın 11-13-də Antalyada keçirilməsi planlaşdırılan diplomatik forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü təşkil etmək istədiyini bildirmişdi.

Müxbir: Əzizə Əlizadə

Translate »