Oktyabr 4, 2022

Rusiya vətəndaşları öz bizneslərini Atırau vilayətində aktiv şəkildə qeydiyyata aldırırlar

Bu gün Atırau vilayətində 400-dən çox Rusiya vətəndaşı öz biznesini qeydiyyatdan keçirib.

Turaz.org xəbər verir ki, bu barədə cümə günü keçirilən brifinqdə regionun Sahibkarlıq və Sənaye İnnovativ İnkişaf İdarəsinin Xarici İqtisadi Əlaqələr şöbəsinin rəisi Yerlan Kazbekov bildirib.

Atırau vilayəti dünyanın 50-dən çox dövləti ilə ticarət əlaqələri qurub. Əmtəə mallarının əsas hissəsi (ərzaq məhsulları, tikinti materialları) Rusiyanın Həştərxan şəhərindən gətirilir. Öz növbəsində vilayət qonşu Rusiya regionuna neft məhsulları və metal ixrac edir.

“İlin əvvəlindən Rusiyadan 126 sahibkar artıq regiona səfər edib. Onların arasında şirkətlərinin filiallarını açanlar və daimi yaşamaq üçün ölkəmizə köçənlər də var. Artıq Atırau vilayətində 400-dən çox Rusiya vətəndaşı öz biznesini qeydiyyatdan keçirib”, – o qeyd edib.

Atırau vilayəti ilə Rusiya tərəfi səhiyyə, təhsil və elm, istehsal və sahibkarlıq, turizm və mədəniyyət sahələrində təcrübə mübadiləsi aparır.

“Bu yaxınlarda Atırau və Həştərxan vilayətləri sənaye obyektləri və yaşayış binaları üçün suyun təmizlənməsinə dair saziş imzalayıblar”, – deyə Yerlan Kazbekov öz çıxışında qeyd edib.

Tərcümə: Günay Xankişiyeva
Həmçinin bax: turaz.org/qirgizistan-qirgizistan-seudiyye-biznes-forumuna-ev-sahibliyi-edecek
Həmçinin bax: kafkazh.com/qaraqoyunlu-dovletinin-etnik-menseyi

Translate »