Dekabr 9, 2022

Rusiya vətəndaşlarının Çexiyaya girişi qadağan olunub

Çexiya hakimiyyəti oktyabrın 25-dən Rusiya vətəndaşlarının turizm, mədəni və ya idman tədbirlərində iştirakı üçün verilən qısamüddətli Şengen vizası ilə ölkəyə girişini rəsmən bağlayıb.

Bu barədə Turaz.org xarici mətbuata istinadən xəbər verir.

Qərar bütün turist vizalarına şamil edilir. İndi Şengen zonasının xarici sərhədləri, yəni beynəlxalq hava limanları vasitəsilə Çexiyaya gələn Rusiya vətəndaşlarının ölkəyə girişi qadağan ediləcək.

İş və ya müalicə məqsədilə respublikaya səfər edən sərnişinlər üçün istisna mövcuddur. Həmçinin, məhdudiyyət Çexiyada və ya digər Aİ ölkəsində yaşamaq icazəsi olanlara şamil edilmir.

Sərnişin deportasiya edildikdə onun geri qaytarılması xərcləri aviaşirkət tərəfindən ödənilir. Bundan əlavə, daşıyıcını cərimə gözləyir.

Xatırladaq ki, qərarı Çexiyanın xarici işlər naziri Yan Lipavski elan edib.

Translate »