Yanvar 26, 2022

Rusiya XİN: “Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşləri müntəzəm keçiriləcək”

 

“Azərbaycan ilə Ermənistan ictimaiyyətinin nümayəndələri arasındakı görüşdə iki ölkənin elm və yaradıcı adamları arasında xoş ünsiyyətinin bərpası, həmin ölkələr arasında münasibətlərin davamlı normallaşması üçün əlverişli mühit yaradılması ilə bağlı qarşıya qoyulan məqsədlərə çatıb”.

Turaz.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya ZaXarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, görüş iştirakçıları Azərbaycan və erməni xalqları arasında etimadsızlığın səngiməsində ziyalıların mühüm rolu barədə yekdil fikirdə olublar: “Həmçinin minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təhvil verilməsi və digər humanitar məsələlərin müzakirəsi zamanı konstruktiv dialoq meylləri büruzə verib”.

Rusiya XİN rəsmisi bu kimi təşəbbüsləri dəstəklədiklərini deyib: “Biz gələcəkdə belə təmasları mütəmadi şəkildə, o cümlədən Azərbaycanda və Ermənistanda keçirmək niyyətindəyik”.

Xatırladaq ki, bu il dekabrın 24-də Moskva şəhərində Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında 44 günlük müharibədən sonra ilk dəfə görüş keçirilib.

Müxbir: Əzizə Əlizadə

Translate »