İyun 4, 2023

Rusiya XİN başçısı: “Hərbi əməliyyatlardan başqa yolumuz yox idi”

“Hərbi əməliyyatlardan başqa yolumuz yox idi. Diplomatiya nəticə vermirdi”.

Turaz.org xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Donbasda rus dilinin qorunması vacib məsələdir. Həmçinin bizim iqtisadi əlaqələrimiz var. Atəşkəs, şəffaf seçkilər istədik. Ukrayna bizim tələblərimizi rədd etdi. Biz Kiyevlə razılığa gəlmək istədik, amma alınmadı. Rus dilinin Donbasda məhv edilməsinə icazə verə bilməzdik”, deyə o bildirib.

Müxbir: Əzizə Əlizadə

Translate »