“Biz rəsmi Bakı və İrəvanla sıx əlaqə saxlayırıq. Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsilə vəziyyətin həllinə kömək göstərilməsi xahişi ilə müraciət daxil olub. Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9:00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək”.
Turaz.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
“Əvvəllər olduğu kimi, biz belə bir prinsipdən çıxış edirik ki, Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlər müstəsna olaraq siyasi və diplomatik yollarla, sərhəd məsələlərinə gəldikdə isə, Rusiyanın konsultativ yardımı ilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməlidir”, – XİN-in bəyanatında bildirilib.
Son Xəbərlər
Sədir Cəfərov: Qırğızıstan qardaş Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi önəm verir
Qazaxıstan Prezidenti Astana meri Qasımbəylə görüşüb
Füzulidə silah-sursat aşkar edilib