Fevral 8, 2023

Rusiyada miqrantlar üçün xüsusi qanuni rejim tətbiq ediləcək

Rusiya miqrantlar üçün “İdarəolunan yaşayış” adlı xüsusi bir qanuni rejim tətbiq edir.

Turaz.org xəbər verir ki, Rusiyada qalmaq hüququ olmayan, lakin mövcud şərtlər səbəbiylə hal-hazırda qaldığı ərazidə yaşamaq məcburiyyətində qalan miqrantlar üçün yeni rejim tətbiq ediləcək. Bu səbəblərə koronavirus səbəbindən özünü təcrid etməyi misal göstərmək olar.

Daxili İşlər Nazirliyi belə bir profilaktik tədbirin miqrasiya sahəsində təhlükəsizlik və asayişin təmin edilməsi mexanizminin effektivliyini artırmaq üçün hazırlandığını qeyd edib.

Rusiyaya əksər işçi miqrantlar Tacikistan, Özbəkistan və Ukraynadan gəlirlər. 2021-ci ilin aprelində Daxili İşlər Nazirliyi, 300 mindən çox Özbəkistan vətəndaşının, 200 mindən tacikistanlının, Ukrayna, Azərbaycan və Qırğızıstan da daxil olmaqla digər dövlətlərdən yüz minlərlə miqrantın bu ölkədə qanunsuz şəkildə yaşadığını bildirib.

Tərcüməçi:Əliquliyeva Şəhla
Mənbə: 24.kg/
Müxbir: Aytac Cəfərova

Həmçinin bax: turaz.org/kanada-hindistan-ucuslari-ile-bagli-qadagani-uzadir/

Həmçinin bax: tehsilim.org/arzularimin-gercekliye-cevrildiyi-muqeddes-mekan/

Translate »