Oktyabr 2, 2022

Rusiyada özbəkistanlı işçi miqrantların sayı kəskin şəkildə artır

Rusiya Federasiyası Dövlət Dumasından əldən edilən məlumata istinadən Rusiyada 1,8 milyon özbək işləyir.

Turaz.org xəbər verir ki, aprel və iyun aylarında Rusiyada işçi miqrantların sayı keçən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə artıb. Bu barədə TASS FinExpertiza konsaltinq şəbəkəsinə istinadən məlumat yayıb.

Şirkət analitiklərin məlumatına görə, ilin ikinci rübündə 4,16 milyon əcnəbi vətəndaş miqrasiya dairələrində qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərin 3,12 milyon nəfəri işləmək məqsəd ilə gəldiklərini bildirib. Bu göstərici kecən ilə nisbətən 2,34 milyon adam çoxdur.

İşə gələn əcnəbilərin sayı ən azı 2017-ci ildən bəri rüblük rekordu yeniləyib. 2019-cu ilin pandemiyadan əvvəlki göstərici ilə müqayisədə bu, demək olar ki, iki dəfə artıb.

“FinExpertiza”nın rəhbəri Yelena Trubnikova bildirib ki, ilin əvvəlində rublun devalvasiyası fonunda işçi qüvvəsinin kütləvi axını bəzi miqrantların ölkəni tərk etməsini kompensasiya edib. Geri qayıdan işçilərlə yanaşı, ölkəyə işləmək üçün çoxlu yeni insanlar da gəldi.

Rusiya valyutasının güclənməsi pul köçürmələrinin artmasına və bunun nəticəsində əmək bazarının daha da cəlbedici olmasına töhfə verib. Trubnikova bildirib ki , həmçinin miqrantların üstünlük təşkil etdiyi tikinti sənayesinin inkişaf etməsi də bura rol oynayıb.

Rüb ərzində ölkəyə gələn miqrantların 49,6 %-i (1,54 milyon) Özbəkistan vətəndaşları təşkil edir. Keçən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 37% artıb. Pillədə ikinci yeri 30,5 % (952 min) olmaqla tacik miqrantlar tutur. Burada artım göstəricisi 74,6 % təşkil edir. Qırğızıstan, Ermənistan, Azərbaycan, Belarusiya, Qazaxıstan, Moldova və Ukraynadan da xeyli sayda miqrant gəlib.
Ümumiyyətlə, Rusiyada miqrantlar arasında keçmiş SSRİ ölkələrindən (eləcə də Çindən) gələn mühacirlər üstünlük təşkil edir. Qeyri-MDB ölkələri iş məqsədi ilə gələn əcnəbilərin cəmi 1,7%-ni təşkil edir.

Rusiya Federasiyası Dövlət Dumasının məlumatına görə, Rusiyada 1,8 milyon özbək işləyir. O cümlədən, bu ilin birinci rübündə 247,2 min miqrant əmək patenti alıb.

Tərcüməçi: Yusubova Nigar
Həmçinin bax: turaz.org/qarabagdaki-qanunsuz-ermeni-silahli-destesinin-iki-uzvu-yaralanib
Həmçinin bax: kafkazh.com/azerbaycan-ssr-de-korenizasiya-siyaseti-l-hisse

Translate »