Fevral 8, 2023

Rusiyada son sutka ərzində 17 mindən çox insan virusa yoluxub

 

Rusiyada son 24 saat ərzində təsdiqlənmiş koronavirusa yoluxma sayı sayı 17.906 nəfər artaraq 5.299.215 nəfərə çatıb.

Turaz.org xəbər verir ki, bu, 31 yanvar tarixindən bəri ən yüksək göstəricidir.

Nisbi artım sürəti 0,34% -dir. Gündəlik ən aşağı artım sürəti Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya (hər biri 0,06%), Yamalo-Nenets Muxtar Dairəsi, İnquşetiya və Kabardin-Balkariya (hər biri 0,08%), Tuva və Adıgeydə (hər biri 0,09%) qeydə alınıb. Moskvada 1.456 yeni yoluxma sayı qeydə alınıb.

Bu 3 yanvar tarixindən bu yana ən yüksək göstəricidir.
Bundan əlavə Sankt-Peterburqda 996, Nijni Novqorod vilayətində 231, Buryatiyada 226 və Voronej vilayətində 193 yoluxma qeyd edilib. Hal hazırda 308.961 nəfər Rusiyada müalicə olunur. Rusiyada koronavirusdən sağalmaların sayı son 24 saat ərzində 10.684 nəfər artaraq 4.861.343 nəfərə çatıb.. Böhran mərkəzinə görə, sağalma yoluxmuşların sayının təxminən 92% -ni təşkil edir.

Digər 1379 xəstə Sankt-Peterburqda, 957 nəfər Moskvada, 190 nəfər Rostov vilayətində, 171 nəfər Voronej vilayətində və 162 nəfər Tambov vilayətində qeyd edilib. Rusiyada koronavirusa görə ölüm sayı son bir gündə təsdiqlənən 453 ölümlə müqayisədə son 24 saat ərzində 466 artaraq martın 13-dən bəri ən yüksək göstərici olub. Pandemiya başlayandan bəri ölkə daxilində 128.911 nəfər ölüb. Böhran mərkəzindən verilən məlumatlara görə şərti ölüm nisbəti 2.43%-də qalır.

Son 24 saat ərzində Sankt-Peterburqda 66, Nijni Novqorod bölgəsində COVID-19 xəstəsi olan 20 nəfər ölüb. Ulyanovsk və Sverdlovsk bölgələrində 14 nəfər, Moskva Krasnodar və Buryatiyanən hər birində isə 12 nəfər ölüb.

 

Tərcüməçi: Əliquliyeva Şəhla

Həmçinin bax: https://turaz.org/italiyada-britaniyadan-gelenler-karantine-alinacaq/

Translate »