Oktyabr 20, 2021

Rusiyada təqaüdlü təhsil imkanı əldə et!

 

Rusiya Federasiyası (RF) tərəfindən 2022-2023-cü tədris ili üzrə RF federal büdcə hesabına elan edilən təhsil təqaüd proqramına müraciətlərin qəbulu davam edir.

Bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq.

Təqaüd proqramına müraciət üçün son tarix 1 noyabr 2021-ci il nəzərdə tutulub.

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Müxbir: Nağızadə Ayşən

Translate »