Sentyabr 25, 2022

Rusiyadan Ermənistana intensiv hərbi yük daşınır?

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə bu ölkədən Ermənistana daşınan hərbi təyinatlı yüklərlə bağlı zəng edib.

Prezident Adminstrasiyasının mətbuat xidməti çümə axşamı günü yaydığı məlumatında bildirir ki, İlham Əliyev Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə edərək bu günədək Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olması məsələsini aydınlaşdırmaq istəyib.

Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatdıqdan sonra, “iyulun 17-dən indiyədək Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb”.

İlham Əliyev Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib, bildirib ki, Ermənistanın “növbəti təcavüz aktı nəticəsində” Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olub.

Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü də Rusiya Prezidentinin diqqətinə çatdırıb, mətbuat xidməti bildirir.

Putinin İlham Əliyevin Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter alması ilə bağlı suallarına hansı cavabı verdiyi bəlli deyil.

Azərbaycan Prezident Adminstrasiyasının mətbuat xidməti yalnız onu bildirib ki, telefon görüşməsində Prezidentlər Azərbaycan-Rusiya tərəfdaşlığının bütün sahələrdə daha da möhkəmləndirilməsinə dair qarşılıqlı niyyətlərini ifadə ediblər.

Azərbaycan-Ermənistan sərhəddində iyulun 12-də başlayan və 5 gün davam edən döyüşlərə görə hər iki tərəf bir-birini ittiham edir.

Bu döyüşlər zamanı Azərbaycan biri general olmaqla 10-dan çox hərçisini və bir mülki şəxsini, Ermənistan isə 5 hərbçisini itirib.

Mənbə:bbc.com/azeri

Müxbir:TurAz.org xüsusi müxbiri Aytac Cəfərova


Həmçinin bax : https://kafkazh.com/olcu-vahidleri-ve-onlar-uzerinde-emeller/

https://tehsilim.org/kkm-group-ile-pese-merkezinin-birge-emekdasligi/

Translate »